Mədəsinin yarısı kəsilmiş insanlar necə yaşayır?

ÖLKƏ
21:34 / 28.03.2024
513

Son zamanlar mədəkişçiltmə əməliyyatı dəbə düşüb. İnsanlar daha tez və  asan yoll çəki atmaq üçün bu yola baş vururlar.

Bəs mədəkiçiltmə əməliyyatı keçirmiş insan necə yaşayır? Ölüm təhlükəsi varmı? Onlar tam normal yaşaya bilirlər?

Hit.az-ın  bu sualını cərrah Səbuhi Nurullayev cavablandırıb.

“Tamamilə mədəsi olmadan da həyatını davam etdirən, uzun illər yaşayan insanlar var. Təbii ki, bu sağlıq baxımından normal deyil. Amma əgər piylənmə, artıq çəki insanın həyat keyfiyyətini daha çox risk altına qoyursa, o zaman bu addımı atmağa dəyər. İnsan baxmalıdır, onun sağlığı və həyatı üçün mədəkiçiltmə daha qorxuludur, yoxsa piylənmə və onun gətirdiyi fəsadlar. Ürək, təzyiq, damar tıxanıqlığı kimi problemlərdən sağalmaq üçün mədənin bir qismini fəda etmək olar. Mədəkiçiltmə əməliyyatı zamanı mədənin 80 faizi çıxarılır, o yemək borusu halına düşür. Mədə həyat üçün çox önəmli orqan deyil .Biz mədə xərçəngi olan xəstələrin də mədəsini tamamilə kəsib götürürük. Bundan sonra onlar normal həyat yaşayırlar”,- deyə cərrah bildirib.

Murad

0