Borc-xərclə toya müğənni çağırırlar, sonda isə….

SOSİAL
19:37 / 28.03.2024
755

Son vaxtlar ailədaxili münaqişələrin artması ilə əlaqədar baş verən cinayət hadisələri həm mətbuatda, həm də cəmiyyətdə geniş müzakirələrə səbəb olub.  

Hər kəs bu tip cinayətlərin səbəbi kimi müxtəlif versiyalar irəli sürür.

Hit.az xəbər verir ki, boşanmalara və ailədaxili münaqişələrin yaranmasına səbəb toy zamanı çəkilən xərclərin kredit, borcla ödənilməsidir.

Məlumdur, cütlüklər ailə qurarkən ən yaxşı şadlıq sarayında toy edilməsi, cehiz verilməsi, borc-xərclə olsa belə, tanınmış müğənnilərin toya dəvət olunmasına üstünlük verir.

Toydan sonra ödənişlərin vaxtı çatanda bu problemlərə səbəb olur. 

Beləliklə, həmin gənci borcu qaytarmaq üçün yenidən borclanır. Və o insanı problemləri necə həll edəcəyini düşünərkən ailəsini unudur. Və ailə daxili münaqişələr artır.

Bununla da boşanmaların sayı iqtisadi səbəbə görə artır. 

Insanlar toydan öncə büdcələrinə uyğun hərəkət edərlərsə , bu kimi problemlər yaşanmaz.

Sevinc

0