Oturaq işin təsiri...

MARAQLI
20:57 / 29.03.2024
460

Əksər insanlar ofisdə oturaq işdə çalışmağa üstünlük verir.

Hətta vakansiya elanlarında da iş axtaranlar oturaq iş axtaranlar üstünlük təşkil edir. 

Ancaq oturaq işin ziyanlı tərəfləri də az deyil.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, oturaq iş rejimi həmçinin şəkərli diabet, yüksək təzyiq kimi sağlamlıq problemlərinə gətirib çıxarır. Daimi olaraq, oturaq iş rejimində çalışan insanların onurğa sütunu əyriliyi (skolioz) və xalq arasında boyun kirəclənməsi (duzlaşması) kimi tanınan osteoxondroz xəstəlikləri baş verir:

“Həmçinin, belə iş rejimində çalışan insanların mədə-bağırsaq sistemində müxtəlif problemlər yaranır. Bu şəxslərdə qəbzlik, babasil (hemorroid) kimi xəstəliklərə rast gəlinir. Həmin insanlarda xroniki yorğunluq, depressiyaya meyllilik digərləri ilə müqayisədə daha çox müşahidə olunur”.

Sevinc

0