Uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Ancaq bəzi hallarda valideynlər öz uşaqlarının qatilinə çevrilir.
Bu günlərdə Sumqayıtda dəniz sahilində meyiti tapılan uşağın atası tərəfindən qəsdən öldürülməsi üzə çıxıb.
Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Zamanla ana və ya atanın öz balasının öldürməsinin şahidi olmuşuq.
Maraqlıdır, valideynlər niyə doğma balasının qatilinə çevrilir?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, övladını öldürən şəxsin psixi problem var. Normal bir insan azyaşlı körpəsini dənizə atıb, boğulmasını seyr etməz:
“Nə qədər qəddar olmalısan ki, öz balavı bilə-bilə öldürməlisən. Ümumiyyətlə, son zamanlar insanlar o qədər qəddarlaşıb ki, “ola bilməz” sözü artıq öz əhəmiyyətini itirib. Övlad valideynini öldürürür, valideyn körpə balasının geyiminə daş yığıb dənizə atır. Biz hansı dövrdə yaşayırıq, bu millət nə yeyir-içir ki, belə vəhşiləşib? Bunların hamısı narkotikin bəlasıdır. Narkotik normal cəmiyyətin axırına çıxacaq”.
Sevinc