Fransanın NATO-ya üzvlüyü onu zəiflədir, çünki Alyans Parisi Ukrayna münaqişəsinə sürükləyir.
HİT.az xəbər verir ki, bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot “France Info” telekanalının efirində bildirib.
Siyasətçi qeyd edib ki, bu münaqişə Fransaya aidiyyatı yoxdur.
"NATO-ya üzvlük Fransanı zəiflədir, çünki Alyans onu heç bir əlaqəsi olmayan müharibələrə sürükləyir", deyə Filippot bildirib.
Onun fikrincə, Fransa bloku tərk etməlidir.
Bundan əlavə, siyasətçinin fikrincə, Ukraynaya silah və pul göndərilməsini dayandırıb, danışıqlara və sülh müzakirələrinə keçmək lazımdır.
Samir