Serial asılılığından xilas olmaq üçün nə etmək lazımdır?

MARAQLI
14:58 / 02.04.2024
445

"Hər bir insan fərqli şəkildə yanaşaraq seriala baxır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, boş zamanı olan insanlar bunu səmərəli şəkildə keçirmək üçün serial izləyirlər:

"Bu da ən çox xanımlara aiddir. Həmçinin, işdən gəldikdən sonra, yorğunluğunu çıxarmaq üçün və ya heç bir məşğuliyyəti olmayan insanlar da sevdiyi hər hansısa bir seriala baxaraq zamanlarını dəyərləndirməyə çalışırlar".

Həmsöhbətimizin fikrincə, serial izləyən insanların yaş kriteriyalarına da baxmaq lazımdır:

"Əgər ki, bir insan 18-45 yaş arasındadırsa, seriala aludəçi bir şəkildə baxmasını istəməzdim. Çünki belə olan halda zamanlarını boşa keçirmiş olurlar. Əslində bu da boşuna deyil. Belə ki, biz bəzən baxdığımız seriallardan psixoloji olaraq təsəlli alırıq. 

Ümumiyyətlə, baxdığımız serialların heç biri təsadüfi olmur. Öz həyatımızda görə bilmədiyimiz kadrlara seriallarda baxaraq sakitləşirik. Eyni zamanda, serialda öz həyatımızdan daha ağır həyat yaşayan insanları izləyəndə təskinlik tapırıq".

347039

Psixoloq serial asılılığından xilas olmaq üçün atıla biləcək addımlardan da danışıb:

"Bacardığınız qədər həyatınıza nə isə qata biləcək sevdiyiniz digər fəaliyyətlərlə məşğul olun. Kitab oxumaq, idman etmək, gəzmək və ya sevdiyi insanlara zaman ayırmaq olar. Yəni büdcəniz və imkanınız yetəcək nələrisə edə bilərsiniz.

Amma bəzi insanlar zamanlarını az hissəsini seriala ayırır. Lakin o da insanı yorsa, gələn dəfə başqa fəaliyyətlə məşğul ola bilər".

Nabat Mirzəyevanın sözlərinə görə, 45-50 yaşdan yuxarı insanların serial izləməsi isə normal qarşılana bilər:

"Onların boş zamanları yetəri qədər çox olmaq ehtimalı olduğu üçün istəklərinə və seriala rahatlıqla zaman ayıra bilərlər. Sözsüzki, bu, insana dəyişir. Boş zamanı çox olan insan üçün bunun hansısa bir qorxusu yoxdur. 

Amma o şəxs serial izləməkdən bezdiyini və vaxtını daha səmərəli keçirmək istədiyi bildirsə, onun nələri sevdiyini müəyyənləşdirmək lazımdır. Zamanını daha da dəyərli keçirtməsi üçün bunu etməliyik. Çünki zaman çox dəyərlidir".

Pərviz

0