Nəm salfetkalarda gizlənmiş təhlükə

ÖLKƏ
21:52 / 02.04.2024
384

"Nəm salfetkalardan çox istifadə dəri xərçənginə səbəb ola bilər". 

Bu açıqlamanı Hit.az-a dermotoloq Nadir Xasıyev verib.

O bildirib ki, azyaşlı uşaqların dərisi daha həssas olduğu üçün onlara nəm salfetkadan istifadə etmək məsləhət deyil.

“Aparımış araşdırmalar göstərib ki, nəm salfetkalardan müntəzəm istifadə edən insanların 11 faizində müxtəlif dəri xəstəlikləri özünü göstərib. Bu ən pis halda dəri xərçəngi xəstəliyi olub. Salfetkanın tərkibində olan maddə dəriyə hopub qalır və onu qurumağa qoymur. Bu allergik reaksiyalara. Dermatitə, qaıntılara, göbələk xəstəliyinə səbəb ola bilər. 

Salfetka nəm saxlamaq üçün ona müxtəlif kimyəvi maddələr vururlar və bu maddələr konsoreogen maddələr sayılır. Körpə uşaqların altını təmizləyərkən, onları su ilə yumaq əvəzinə nəm salfetka təmizləyən analar bilməlidirlər ki, uşaqda sidik yolu infeksiyalarının yaranmasına yol aça bilərlər. Ancaq uzaq yola çıxarkən  istifadə etmək olar, amma mümkün dərəcədə ilk imkanda salfetkanın təsirini su ilə yumaq lazımdır" deyən həkim həmçinin bildirib ki, qızların üzdəki kosmetik vasitəni nəm salfetka ilə silməsi də dəridə xoş olmayan izlər buraxır".

Murad

0