Utanmaq, əsəb, qorxu, qısqanclıq, sevinc, kədər kimi duyğular insana xasdır. Bu duyğuların ən pik nöqtəsində olmaq şəxsi münasibətlərimizə çox zaman diskomfort yaşadır.
Bəzi müdriklər deyirlər ki, yaxşı ki, unutmaq var. Unutmaq olmasaydı, yaşadığımız acılarda ilişib qalsaydıq, onu hər gün ilk günkü qədər ağır yaşasaydıq nə olardı?
Bəlkə də bunu heç düşünməmişik. Amma hər duyğunun da insan beynində ən yoğun yaşandığı an var.
Hit.az-a açıqlama verən psixoloq Yasəmən Əliyeva bilidirb ki, insanın utanmaq duyğusu ilk 30 dəqiqədən sonra zəifləyir.
“Qorxu duyğusu 45 dəqiqə, darıxmaq 2 saat, qəzəb 2 saat, qısqanclıq 15 saat, xəyal qırıqlığı və məyusluq 24 saat, sevinc və eyforiya 35 saat pik həddə olur”, deyə həkim qeyd edib.
Psixoloq bildirib ki, insanda ən uzunmüddətli duyğu kin və kədərdir:
“İnsan kini ilk 60 saatda, üzüntünü isə 120 saatda hiss edir. Sadəcə ilk başda hiss etdiyimiz qədər dərindən hiss etmirik. Bu mənada eşq duyğusunun ömrü 6 ay sürür. Ona görə, biri ilə tanış olub onu sevəndə ilk 6 ayda ciddi qərarlar almayın. Duyğuların səngiməsini gözləyin. 6 aydan sonra yenə eyni şəkildə həmin şəxsi arzulayırsınızsa evlənməyə qərar vermək olar”.
Murad