Uşaqlarınız şirniyyat yemək istəyirlərsə, pulunuz olmasa belə o şirniyyatı almağa çalışın. Çünki insan ağlı, beyin şirniyyatla daha aktiv inkişaf edir.
Bu fikirləri Hit.az-a açıqlamasında həkim nevropotoloq Südabə Xankişiyeva bildirib.
“Uşaqlar sürətlə inkişaf etdikləri dövrdə buna görə şirniyyata çox meylli olurlar. Elm çoxdan sübut edib ki, beynin inkişafında qlükozaya böyük ehtiyac duyulur. Uşaqların özlərindən asılı olmayaraq, şirniyyata tələbatı bundan yaranır. Şirniyyat, xüsusən şokolad beyin üçün bir növ enerji mənbəyi rolunu oynayır. Yorğun olarkən insanların şokoladla çay içib özlərinə gəlmə səbəbi də bir qədər bununla əlaqəlidir. Şirniyyat qəbul etdikdən sonra dopomin və serotonin ifrazı yorğunluğu azaldır, insanı daha enerjili və güclü edir”, deyə həkim bildirib.
O həmçinin bildirib ki. şirniyyat alarkən bal, kişmiş, qaysı, xurma, tünd şokolad kimi məhsullara üstünlük vermək lazımdır.
“Həddini aşanda su da ziyanlı olur. Dərəcəsində şirniyyat yeməyin zərəri yoxdur, orqanizm nəyi tələb edirsə, demək ona ehtiyac hiss edir”,- deyə həkim əlavə edib.
Həkim şirniyyata həddən artıq meylli olan insanların orqanizmində maqnezium çatışmazlığı olduğunu da vurğulayıb.
Murad