Bir çox yeməyin vazkeçilməzlərindən olan kələmin daha bir faydası ortaya çıxıb.
Hit.az bildirir ki, kələm vitaminlə zəngindir.
Xüsusilə, "C" və "K" vitamini ilə zəngin olan kələmin xalq arasında xərçənglə mübarizədə effektiv olduğu deyilir. Bundan başqa, onun yarpaqlarının bir çox dərdə dərman olduğu da bildirilir.
Belə ki, kələm yarpağını vücunun müxtəlif yerlərinə bağlayaraq ağrılarınızdan xilas ola bilərsiniz. Kələm tərkibindəki antioksidanlar sayəsində təbii ağrıkəsici xüsusiyyətə malikdir. Əsasən də kələm yarpağı sayəsində bel və ayaq ağrılarınızdan xilas ola bilərsiniz. Həmçinin, kələm oynaq problemlərinin yaratdığı dözülməz ağrılara qarşı da olduqca təsirlidir.
Bunun üçün kələm yarpağını 2-3 dəqiqə ərzində suda qaynatmaq və vücudun ağrayan yerinə sarımaq lazımdır. Bu yolla ayaq burxulması zamanı yaranan ağrılardan da xilas ola bilərsiniz.
Pərviz