Doşab faydalıdırmı?

MARAQLI
23:27 / 02.04.2024
507

Doşab müxtəlif çeşidli meyvələrdən qaynadılaraq hazırlanmış şəkərli, qatı mayedir. Doşab, həm də bəkməz adı ilə tanınır. Doşabın insan orqanizminə faydaları saysız-hesabsızdır. 

Hit.az xəbər verir ki, bəkməz insanı formada saxlayır, enerji verir və karbohidrat və şəkər mənbəyi kimi tanınır. 

Doşabın insan orqanizminə faydaları saysız-hesabsızdır. Bəkməz insanı formada saxlayır, enerji verir və karbohidrat və şəkər mənbəyi kimi tanınır. Bəkməzin faydalarını aşağıdakı kimi sadalaya bilərik:

Yaddaşı gücləndirir, anemiyanın müalicəsində təsirli olur

Sümüklərin inkişafına kömək edir
Ana südünün artmasına kömək edir
Sağlam qidalanmada çox təsirlidir
Sakitləşdirici xüsusiyyətlərə malikdir
Dəri problemlərini azaltmağa kömək edir
Zəka artırıcı xüsusiyyətlərə malikdir
Xoraların sağalmasına kömək edir
Astma və bronxitdən əziyyət çəkən insanlara rahatlıq verir
Soyuq havalarda bədənin müqavimətini gücləndirir
Körpələrin və uşaqların böyüməsini və inkişafını dəstəkləyir
Boğaz ağrılarına yaxşı təsir göstərir

Bəkməz antioksidan xüsusiyyətlərə malikdir.

Araşdırmalar zamanı məlum olub ki, doşab qanazlığı, soyuqdəymə, bronxit, qaraciyər xəstəlikləri, halsızlıq, immunitet zəifliyi, sümük əyilmələri və ərimələrində də istifadə olunur.

Tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün də çox faydalıdır.

Əncir doşabı ürəyi zəif olanlar, tez-tez qıcolmalar, öskürək, babasildən əziyyət çəkənlər üçün faydalıdır. 

Əncir bəkməzi ürəyin döyünmə gücünü artırır, dəridə səpgi və ləkələri aradan qaldırmağa kömək edir.

Sevinc

0