Kosmetoloqdan gözəl məsləhət - Həm ucuz, həm keyfiyyətli

MARAQLI
18:28 / 03.04.2024
1715

Gözətrafı qaralmalar qeyri-estetik görünüş yaratdığına görə, çox qadınları narahat edir.

Bəzən bu qaralmalardan qurtulmaq üçün bahalı kremlərdən istifadə edir, daxili orqanlarımızda hər hansı xəstəlikdən şübhələnib həkimə gedir, dərmanlar içirik. Təbi ki, bu qaralmaların daxili bir səbəbi ola bilər.

Məsələn ürək, böyrək, qaraciyərin müxtəlif xəstəliklərində bu əlamət özünü aydın göstərir. Lakin çox zaman qaralmalar genetik ola ilər. Və hər kəsin bahalı dərmanlara imkanı çatmır. O zaman sizə ucuz və faydalı resept təqdim edirik.

Hit.az-a danışan kosmetoloq Ayan Nuriyeva bildirib ki, südlə almadan istifadə edərək bu problemdən azad olmaq olar.

"Almanı və ya kartofu lay-lay doğrayın. Onu süddə isladın. Dilimlərin südü öz canına çəkməsi üçün 5-10 dəqiqə gözləyin. Sonra həmin alma  və ya kartofu göz altınıza qoyub yarım saat saxlayın. Bu proseduru 15 gün hər  axşam təkrarlayın. Cildinizdəki işıqlanmanın şahidi olacaqsınız", deyə o bildirib.

Kosmetoloq xanımlara üzlərini düyünün qaynadıldığı su ilə yumağı, həftədə bir dəfə kənd yumurtası ilə maska etməyi də tövsiyə edib:

“Cəfəri və nişastadan hazırlanmış maska da  üzdəki ləkələrə ağardıcı təsir göstərəcək”.

Murad

0