Bazarlarda yalançı kartof satılır - Yams nədir?

MARAQLI
14:58 / 03.04.2024
6994

Azərbaycan bazarlarında Yams adlanan  kartofa bənzəyən bitki satışa çıxarılıb. Alıcılara kartof adıyla satılan bu bitkini kartofdan ayırd etmək çox çətindir. Onun içərisi daha şirəli, parlaq, şüşə kimi, dadı isə çox şirindir. Yeməyin dadını korlayır, qızardarkən yaxşı qızarmır, qəribə ətri olur.

Hit.az-a açıqlama verən qida üzrə ekspert Rafiq Nazimoğlu bildirib ki, yams bitkisinin insan sağlığı üçün  zərəri olmasa da, onun kartof adı ilə satmaq istehlakçını aldatmaq deməkdir. 

"Yaxşı kartofun üzəri kələ-kötür olmalı, rəngi bir qədər sarıya çalmalıdır.Yams Dioscoreaceae ailəsindən yeməli kök yumruları olan nişastalı bitkilərə verilən ümumi addır. Afrika, Asiya, Avstraliya və Amerikada yetişdirilən 100-dən çox növ var.

Yam kök yumrularının uzunluğu 1,5 metrə, yeraltı çəkisi 70 kiloqrama çatır. Çox qədim kənd təsərrüfatı bitkisidir. Onun mədəni bitki kimi becərilməsi Afrika və Asiyada eramızdan əvvəl 8000-ci ilə aiddir. Onu manqalda, qrildə, bişmiş, qızardılmış, qaynadılmış və hisə verilmiş yeyilir. Tərkibi karbohidratlar, C, B vitaminləri, maqneziumla zəngindir", deyə ekspert vurğulayıb.

Murad

0