Vergi ombudsmanı xidməti baş idarəsinə rəis təyin edildi

İQTİSADİYYAT
13:17 / 03.04.2024
374

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) yeni təyinat olub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Arif Quliyev DVX-də yeni yaradılan vergi ombudsmanı xidməti baş idarəsinə ilk dəfə rəis təyin edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ombudsmanı xidməti baş idarəsi ötən ilin sonu yaradılıb. Məlumata görə, baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.

0