Gürcü spiker: "Bu, əsrin dələduzluğu idi"

DÜNYA
21:16 / 03.04.2024
369

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, 2023-cü ilin martında Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı aparılan kampaniya əsrin fırıldağıdır, bu kampaniya xarici dövlətlər tərəfindən təşkil olunub. 

HİT.az xəbər verir ki, spiker bu barədə müvafiq qanun layihəsinin müzakirəsi zamanı danışıb.

"Keçən il əcnəbi oyunçular nəinki cəlb olundu, həm də Gürcüstana və gürcü xalqına qarşı dezinformasiya kampaniyası təşkil etdilər. Bu, əsrin dələduzluğu idi", deyə spiker bildirib.

Bundan əvvəl hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının ölkə parlamentinə xarici agentlərlə bağlı qanun layihəsini yenidən təqdim edəcəyi bildirilirdi. Məlumata görə, parlament çoxluğu bu qərarı siyasi şura ilə məsləhətləşmələrdən sonra verib.

Mart ayında Gürcüstanın Xalq Gücü Partiyasının sədri Sozar Subari bildirmişdi ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun qəbul edilməlidir, çünki ölkə öz suverenliyini və demokratiyasını qorumalıdır.

2023-cü il martın 10-da Gürcüstan parlamenti ölkədəki kütləvi etirazlardan sonra əksəriyyətlə xarici agentlər haqqında qanunun əleyhinə səs verib. O zaman Gürcüstanın hazırkı baş naziri İrakli Qaribaşvili bəyan etmişdi ki, hakimiyyət bu qanuna qayıtmağı planlaşdırmır.

Samir

0