Nə üçün yaşlı adamların bədənindən iy gəlir?

MARAQLI
23:36 / 04.04.2024
1436

“Yaşlandıqca insan orqanizmində müxtəlif dəyişikliklərin olması labüddür. Lap qoca adamların bədənindən isə fərqli iy gəlir. Bu təmizliklə, gigiyena ilə asılı proses deyil. Səbəb insan orqanizmində ölən kapilyarlarla bağlıdır”.

Bu fikirləri Hit.az-a kardioloq Sevinc Qurbanova bildirib.

“İnsan yaşa dolduqca hərəkət qabiliyyəti azalır. Orqanizmdə 100 milyondan çox kapilyar var. əgər hərəkət azalırsa, həmin  kapilyarların da iş qabiliyyəti azalır, bağırsaqlarda, orqanizmdə daha çox çöküntü və tullantı toplanır. Su durğunluq halında olanda qoxu verdiyi kimi, orqanizm də durğunluq vəziyyətində qoxumağa başlayır. Bunu müalicə etmək, xilas olmaq mümkünsüzdür. Çünki orqanzim qocaldıqda illərin yığıntılarını daşımalı olur. Orqanizm məhz buna görə yaşlanır və ölür”, deyə həkim bildirib.

Murad

0