Bizimkilərin diplom xəstəliyi

ÖLKƏ
14:18 / 04.04.2024
594

Dünən imtahanlardan zəif bal yığan bir şagird edən qaçıb.

Xoşbəxtlikdən bu gün o qohumlarının evindən tapılıb. Nə yaxşı ki, özünə xətər yetirməyib, belə faciələri öncə görmüşük.

Bu hadisə yenidən bir problemi gündəmə gətirir. Valideyn övlad-münasibətləri, hələ həyatın başlanğıcında olan, yeni yetişən gənclik həyatı həmyaşdılarından yox, ailəsindən, valideynlərindən öyrənməlidir. Valideyn öz zəhmi, qəzəbi ilə övladına düşmən kəsilməməlidir.

Ali təhsil almaq həyatın hədəfinə çevrilməməli, zəif imtahan da bütün ümidlərin kəsilməsinə, faciələrə səbəb olmamalıdır.

Valideynlər öz keçmişlərində baş verən xətaları, yerinə yetməmiş arzularını uşaqlarının həyatında düzəltmək, onların həyatına hədsiz müdaxilə etməklə bir şeyi unudurlar. Qarşılarındakı onların şəxsi malı yox, ayrıca şəxiyyət, yeni insandır. Onun seçib, seçilmək, düşünmək, sərbəst addım atmaq ixtiyarı var. Bu addımın səhv olmaması üçün tövsiyələr vermək, dəstək olmaq lazımdır. Bu qədər...

Bizim insanlarımızda bir diplom xəstəliyi var. Uşağın qabiliyyətini, bacarığını, istedadını nəzərə almadan onu ən yaxşı yerlədə görmək istəyirlər. Bəlkə  diplomu olmasa yaxşı avtomobil ustası, əlləri qızıldan olan bir sənətkar olacaq. Amma yox, mütləq ali məktəb oxumalı, ata-anası da bununla öyünməlidir. Ona  görə də ölkə doludur, ali savadlı, diplomlu işsizlər ordusu ilə.

Murad

1