Fransa bölgədəki kövrək sabitliyi pozmaq üçün səy göstərir

SİYASƏT
16:32 / 04.04.2024
582

Parisdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşən Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə və saxta xəbərlərlə gərginliyi artırmaqda ittiham edib. 

Bu msəslə ilə bağlı Hit.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki,Sejurnenin bəyənatı həddini aşmaqdır və heç də sülhə xidmət etmir.

“Sejurne  Azərbaycanın apardığı təbliğatın Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi təbliğatla üst-üstə düşdüyünü  söyləməklə yanlış fikir formalaşdırıb, Bakıdan saxta xəbərlər yayıldığını bildirir. Bu da azmış kimi, o, COP29 konfransı ərəfəsində bu məsələləri diqqət mərkəzində saxlayacaqlarını deyib.

Hesab edirəm ki, Fransa XİN başçısının Azərbaycanı bu şəkildə ittiham və təhdid eləməsi , Ermənistanı müdafiə edən çıxışları, onu məzlum kimi dünyaya tanıtması yolverilməzdir və bölgədə ciddi problemlər yarada bilər. Bölgədə sabitlik kövrəkdir hər an pozula, hərbi gərginliyə səbəb ola bilər. Fransa hazırda qızışdırıcı rol oynayır, müharibə başlatmaq üçün səy göstərir. O problemi həll edən istiqamətlərdə addım atmır ,hərçənd özünü belə  təqdim edir. Fransaya öz müttəfiqləri belə məsələn , İtaliya Fransa rəsmisinin  çıxışlarına etirazlarını bildiriblər. Nəticə erməni xalqı  üçün yaxşı olmayacaq. Ermənistan bütün Cənubi Qafqazın sabitliyini təhdid altına alır. Hərçənd bu kəskin ritorikanın ona fayda verəcəyini düşünmürəm, Azərbaycan öz sarsılmaz  və haqlı mövqeyindən çəkilməyəcək”,- deyə ekspert vurğulayıb.

Murad

0