Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşdü

HADİSƏ
11:58 / 05.04.2024
454

Ermənistan hərbçisi Oskan Sarqsyan sərhədyanı ərazidə minaya düşüb, ayaqları amputasiya edilib.

HİT.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, 1996-ci ildə anadan olan Sarqsyan hadisə nəticəsində ayaqlarından xəsarət alıb və onu Tavuşdan İcevan tibb mərkəzinə aparıblar.

Məlumata görə, hərbçini daha sonra İrəvandakı hospitala yerləşdiriblər və iki ayağını amputasiya ediblər.

Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib.

0