Sürətli arıqlamaq düzgündürmü?

MARAQLI
20:50 / 05.04.2024
509

Artıq çəkili insanlar arıqlamaq üçün müxtəlif vasitələrdən istifadə edir. 

Qadınlar, kişilər kütləvi şəkildə müxtəlif pəhrizlər, "möcüzəli" arıqladan həblər, arıqladan çaylar və qəhvələri sınaqdan keçirirlər. 

Qadınların əksəriyyəti az bir müddət ərzində çox çəki atmaq istəyir.

Çoxsaylı İnternet saytları 1 aya 10-15 kq arıqlamış insanlardan bar-bar bağırır. 

Lakin həkimlər sürətli arıqlamağın sağlamlığa ziyan olduğunu iddia edir. 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, sürətli arıqlama nəticəsində immun sistemi çox kəskin şəkildə zəifləyir. Bu səbəbdən hətta yüngül soyuqlama və ya infeksiya ağır xəstəliyin inkişafına təkan verə bilər:

“Həmçinin immunitetin zəifləməsi insanda olan xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. İmmun sisteminin kəskin zəifləməsi fonunda insanda hətta xərçəng xəstəliyi inkişaf edə bilər. eyni zamanda, mədə-bağırsaq sistemi sürətli arıqlamadan xüsusilə çox əziyyət çəkir. İnsanda arıqlama fonunda qastrit, mədə və 12 barmaq bağırsağı xorası kimi xəstəliklər inkişaf edə bilər”.

Sevinc

0