Bakıda ən baha və ən ucuz torpaq haradadır?

İQTİSADİYYAT
20:05 / 05.04.2024
534

Bakı şəhərində ən baha torpaq sahələri Mərdəkan ərazisindədir.

Orada elit təbəqə məskunlaşıb. Buna görə də həmin ərazidə torpağın qiyməti həddən artıq bahadır.

Bu fikirləri Hit.az-a əmlak eksperti Elçin Haqverdiyev səsləndirib.

O, bildirib ki, Bakı ərazisində ən ucuz torpaqlar isə Türkan kəndi ərazisindədir:

“Hövsan və Türkan kəndlərində ev qiymətləri daha münasibdir. Xüsusən Türkanda torpaq sahələrinin qiyməti daha ucuzdur” -deyə ekspert bildirib.

Ekspertin fikrincə bu ərazilər də az müddət sonra abadalaşacaq və qiymətlər bahalaşacaq.

Murad

0