Mədə və qarın ağrılarından xilas olmaq üçün TƏBİİ YOL

MARAQLI
20:35 / 05.04.2024
1240

Qarın və mədə ağrısı ən çox rast gəlinən ağrılar sırasındadır.

Hit.az bildirir ki, çox zaman bu tip ağrıları şiddətli olur və gününüzü məhv edir. 

Yəni mədə və qarın ağrısı bir çox şəxsin ortaq sağlamlıq problemidir. Mədə ağrısı ciddi xəstəliklərdən qaynaqlanmaqla yanaşı, stress və qidalanma kimi faktorlar da burada rol  oynayır. Qarın ağrısı isə soyuqdəymə, ishal və menstrual ağrı kimi vəziyyətlərdə tez-tez özünü göstərir. 

Lakin bu tip ağrıları evdə də müalicə edə bilərsiniz. Daha doğrusu, bəsit olan ağrılardan evdə xilas olmaq mümkündür. Belə ki, bir stəkan qaynar suya əlavə edilən bir çay qaşığı bal ağrıları apara bilir. Beləliklə, dözülməz ağrılara səbəb olan mədə və qarın ağrılarına bu üsulla asanlıqla son verə bilərsiniz. 

Bir çox dərdlərə dərman olan bal mədə göynəməsi, mədə və qarın ağrılarına qarşı da təsirlidir. Xüsusilə birdən başlayan bu ağrılar üçün bir çay qaşığı bal istehlak edərək rahatlaşmaq olar. Həmçinin, bir stəkan qaynar suya bir çay qaşığı bal əlavə etməklə bağırsaqlarınızın işləməsinə və həzmsizlikdən yaranan qarın və mədə ağrılarına son qoya bilərsiniz.

Bundan başqa, balı sözügedən ağrılara yaxşı təsir edən otlarla birlikdə istehlak edərək müxtəlif təbii yollarla da əl atmaq mümkündür. Yəni mixək və çobanyastığı çayı kimi mədə və qarın ağrısına yaxşı gələn bitki çaylarına 1 çay qaşığı bal da əlavə etmək olar.

Pərviz

1