Daxili turizmin inkişafı üçün hansı addımlar atılmalıdır? - Mütəxəssis AÇIQLADI 

İQTİSADİYYAT
15:54 / 06.04.2024
557

"Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Qubadlı və Zəngilanda daxili turizmi inkişaf etdirmək üçün münbit potensial var".

Bu sözləri turizm Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, yaxın illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda yeraltı təbii mineralların zənginliyini nəzərə alaraq termal xarakterli sanatoriyalar tikilib istifadəyə verilə bilər:

"Bu da bizə böyük imkanlar yaradacaq. Həmçinin, qonşu ölkələrin təcrübəsindən də yararlanmaq olar. Beləliklə, dünyada da Qarabağı turizm məkanı kimi tanıda bilərik. Üstəlik, bununla daxili turizmi inkişaf etdirmək üçün də çox gözəl fürsət yaranacaq".

347393

Ekspertin sözlərinə görə, daxili turizmi inkişaf etdirmək üçün aşağı kateqoriyalı otellərin sayı artırılmalıdır:

"Regionlarda indiki dövrə uyğun olaraq otellərin sayı bazara uyğundur. Yəni hələ ki, yerləşmə turistlərin say tərkibi üçün normaldır. Amma aşağı kateqoriyalı otellərin sayında müəyyən qədər çatışmazlıqlar var. Hesab edirəm ki, sahibkarlara müəyyən qədər şərait yaradaraq bölgələrdə aşağı kateqoriyalı otellərin sayını çoxaltmaq olar. Aşağı kateqoriyalı otellərin sayının çoxalması üst kateqoriyalı otellərin də qiymət siyasətinə təsir göstərəcək və sağlam rəqabət yaranacaq. 

Bu da birbaşa olaraq daxili turizmin inkişafına böyük təkan verəcək. Beləliklə, həm valyuta axını ölkəmizdə qalacaq, həm də xarici turistləri Azərbaycana cəlb etmək üçün imkanlarımız olacaq".

Pərviz

0