Qəfil ürək dayanmalarına səbəb

ÖLKƏ
19:42 / 06.04.2024
389

Son zamanlar qəfil ürək tutmaları ilə keçinən insanların sayı kəskin artıb. Ürək damarlarının tıxanıqlığı infarktın əsas səbəblərindən biridir. Tıxanma tədricən, gizli, güclü ağrısız başlaya bilir və illərlə davam edir.

Professor Adil Qeybulla Hit.az-a deyib ki, qəfləti ürək dayanmaları ürəyin elektrik dayanması ilə bağlıdır. Yəni ürəkdə elektrik mübadiləsi pozulur, ürək dayanması baş verir. Bu xəstəliyin səbəbləri tam aydın deyil. Olur ki, bir insan yolda hərəkət etdiyi zaman qəfil ürəyi dayanır və dünyasını dəyişir:

“Ürəyin sinir sistemləri ilə bağlı da müxtəlif xəstəlikləri olur. Ürəyə impuls daxil olmasa, ürək yığılmaz. Bu kimi xəstəliklər də ürək problemlərini çoxaldır. Ürək damarının pozulması, damar tıxanıqlığı, ürək qidalanmasının zəifliyi və s. problemlərə 35-40 yaşdan yuxarı insanların əksəriyyətində rast gəlinir. Bu yaşda xüsusilə ürək damarlarındakı problemlər ortaya çıxır. Belə xəstəliklərə illər öncə rast gəlinmirdi. Ürək damarlarında yaranmış problemlər infarkt, ürək dayanması kimi fəsadlar yaradır”.

Sevinc

0