Bayraq Meydanında BMW ilə avtoxuliqanlıq etdi: "Ayağım qaz əyləcinə ilişdi..." - VİDEO

HADİSƏ
20:27 / 06.04.2024
594

Səbail rayonu, Dövlət Bayrağı Meydanında BMW markalı avtomobillə ziqzaqvari (drift) hərəkətlər edən şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, saxlanılan 1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş Xəzər Zəfərov (ad-soyad şərti) barəsində İnzibati Xətlar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirib ki, ikinci işi videoqraf olduğu üçün dostu ondan yeni aldığı avtomobili sürərkən videolarını çəkməyi xahiş edib. Həmçinin o dostundan xahiş edib ki, sınaq məqsədi ilə avtomobili sürməyinə icazə versin. O, avtomobili sürərkən Bayraq Meydanında 1-ci dairəni fırlandıqdan sonra, 2-ci dairəni dönərkən ayağı qaz ilə əyləcin arasına ilişib, həyəcanlanaraq qaz ilə əyləcin yerini səhv salıb və nəticədə yerdə təkər izi yaranıb. Bundan sonra polislər onlara yaxınlaşıblar və avtoxuliqanlıq etdiyini bildiriblər. 

Məhkəmənin qərarı ilə onun nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 750 manat məbləğində cərimə edilib. 

0