Qurğuşunlu oyuncaqlar - Təhlükə

MARAQLI
20:15 / 08.04.2024
506

Bir neçə il əvvəl Çində istehsal edilən oyuncaqların tərkibində qurğuşun boyası olduğu aşkar edilərək, təxminən 9 milyon oyuncaq ləğv edilib.

Bu səbəbdən də Çin istehsalı olan oyuncaqları almaq məsləhət görülmür. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaq oyuncaqlarında istifadə olunan digər bir maddə qurğuşundur ki, bu da böyrək zədələnməsi, öyrənmə və böyümədə gecikmə və qurğuşun zəhərlənməsi kimi fəsadlar verə bilir. Yalama və dişləmə ilə oyuncaqları, əşyaları kəşf etməyə çalışan balaca körpələr asanlıqla qurğuşunun təsirinə məruz qala bilirlər: 

"Oyuncaq seçimində valideynlər diqqətli olmalı, tanınmış markaların, üzərində etiketi olan, gigiyenik normalara cavab verən, asan yuyula bilən, üzərində xırda parçacıqlar olmayan oyuncaqlara üstünlük verməlidirlər. Qiyməti ucuz olan, bazarlarda, dəzgahlarda, açıq havada satılan oyuncaqlar əksərən gigiyenik normalara cavab vermir".

Sevinc

0