Rusiyanın avtomobil bazarı ilə bağlı maraqlı araşdırma aparılıb.
Hit.az xəbər verir ki, sözügedən ölkədə ən çox satılan avtomobillərin adları bəlli olub.
Məlum olub ki, Rusiya avtomobil bazarında Çinin hegemoniyası var. Belə ki, rusların mart ayında aldığı hər 10 avtomobilin 9-u çinli markalar olub. Rusiyada ötən ay ən çox satılan avtomobillər listəsində sadəcə "Lada"nın yerli avtomobil olması diqqət çəkib.
Üstəlik, bu marka 39 min 908 ədəd satışla zirvədə yer alıb. 16 min 45 ədədlə Çinin "Haval" modeli ikinci, "Geely" isə 15 min 4 avtomobil ilə üçüncü sırada yer alıb.
Ötən ay Rusiya bazarında ən çox satılan avtomobillər siyahısının digər sıralarında da Çin modelləri yer alıb. Müvafiq olaraq "Chery", "Changan", "Exeed", "Omoda", "Li Auto", "Geely Belgee" və "Jetour" modelləri siyahının digər yerlərində qərarlaşıblar.
2023-cü ildə isə Rusiyada 841 min Çin avtomobili satılıb. Bu il isə sözügedən rəqəmin 1 milyon həddini keçəcəyi proqnozlaşdırılır.
Pərviz