Rusiya-Finlandiya gərginliyi: Hərbi toqquşma ola bilər?

DÜNYA
15:00 / 09.04.2024
600

Son zamanlarda Rusiya ilə Finlandiya arasında gərginlik artmağa davam edir. 

Xüsusilə, Rusiyanın Ukraynaya hücum etməsinin ardından Finlandiya ilə də münasibətləri gərginləşdi. Üstəlik, bu gərginlik hər keçən gün artmağa başladı. Tərəflərin sərhədə ordu yığması və qarşılıqlı təhdidlərin ardından Finlandiya NATO-ya üzv oldu. Finlandiya hökuməti bununla da ölkənin təhlükəsizliyini təmin etdiklərini bəyan etdi. 

Lakin buna baxmayaraq, Rusiyanın Finlandiyaya təhdidi dayanmadı. Hətta bəzi ekspertlər tərəflər arasında hərbi toqquşma ola biləcəyini proqnozlaşdırırlar. Bəzi analitiklərə görə isə Rusiyanın Ukraynadan sonrakı potensial hədəflərindən biri məhz Finlandiya ola bilər. Hərçənd ki, Kremlin NATO üzvü bir ölkəyə qarşı hücum edəcəyi çox inandırıcı görünmür. 

Bəs tərəflər arasında gərginlik nə ilə nəticələnəcək? Rusiya ilə Finlandiya arasında hərbi qarşıdurma ehtimalı var? 

347595

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Hit.az-a açıqlamasında bildirib ki, Rusiya və Finlandiya arasında gərginlik artacaq:

"Lakin tərəflər arasında hərbi toqquşma və ya müharibə olacağı gözlənilmir. Üstəlik, Finlandiyanın artıq NATO üzvü olduğunu da nəzərə almaq lazımdır. Həmçinin, həmsərhəd olan Rusiya və Finlandiyanın keçmiş tarixdən də acı təcrübələri var. Ona görə də iki ölkə arasında sadəcə diplomatik səviyyədə toqquşma ola bilər. Amma Rusiya ilə Finlandiya arasında hərbi qarşıdurmanın olması mümkün deyil".

Pərviz

0