Narkotik asılılığından psixoloq yardımı ilə qurtulmaq mümkündürmü?

ÖLKƏ
22:18 / 09.04.2024
589

Güclü emosional şok, ardıcıl baş verən uğursuzluqlar, emosional zəiflik bəzi insanlarda spirtli və narkotik maddələrdən asılılığın yaranmasına səbəb olur.

Bəs bu asılılıqdan qurtulmaq mümkündür?

Hit.az-a açıqlama verən  psixoloq Elgün Davudov bildirib ki, kimyəvi maddələrə qarşı asılılıq xroniki beyin pozuntusu kimi dəyərləndirilir. Buna görə də, asılılıqdan qurtulmaq üçün peşəkar psixoloji dəstəyin göstərilməsi vacibdir.

"Həm narkoloq, həm də psixoloq  bu məsələdə bərabər çalışmalıdır. Asılılığı zamanında aşkar eləmək və reabilitasiyaya götürmək işin yarısıdır. 
Asılılıqdan qurtulmaq üçün xüsusi müalicə proqramı var. Bura həm dərman müdaxiləsi, həm psixoloji yardım daxildir. İnsanı dəfələrlə narkotik və ya spirtli içki qəbul etməyə sövq edən hüceyrə səviyyəsindəki pozuntulardır.

Hər maddənin asılılıq yaratma müddəti fərqlidir. Ancaq nəticə eynidir - kimyəvi və psixoloji asılılıq yaranır . Psixoloji asılılıq çox təhlükəlidir, o xəstədə  relapslar yaranmasına səbəb olur, əvvəlki sağlam həyata qayıtmağı çətinləşdirir. Amma bu mümkünsüz deyil. Asılılıqdan qurtarmaq mümkündür. Yetər ki, xəstədə iradə olsun, mütəxəssis dəstəyi alsın", deyə psixoloq bildirib.

Murad

1