Uşaqlarda tərləmə səbəbləri...

ÖLKƏ
23:20 / 09.04.2024
556

Uşaqlarda tərləmə valideynlərin ən çox rast gəlinən şikayətlərindən biridir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, tərləmənin ən çox rast gəldiyimiz səbəblərdən biri körpənin qalın geyindirilməsidir. Bu baxımdan körpələri geyiminə və otaq temperaturuna diqqət olunmalıdır. Burun tıxanıqlığı da tərləməyə səbəb ola bilər: 

"Uşaqların yatarkən və yemək yeyərkən tərləməsi tamamilə normaldır. Tərləmə uşaqlarda çox vaxt ailəyə bağlı olaraq genetik xarakter daşıyır. Lakin bütün gecə boyu uşşaq həddindən çox tərləyirsə, 4-5 dəfə uşağın əynini dəyişdirməyə ehtiyac yaranırsa, deməli, bunun müəyyən səbəbləri vardır".

Pediatr onu da əlavə edib ki, irsi meyililik, yüsək temperatur, qan azlığı, sinir sisteminin quruluşu, vitamin çatışmazlığı, qalxanvari vəzin xəstəlikləri, şişmanlıq, burun tıxanıqlığı, allergiyalar, antibiotiklərdən istifadə və kimi bir sıra səbəblərdən də tərləmə yarana bilər. Körpələrin isə döş əmərkən, yuxuda olarkən tərləməsi normaldır.

Sevinc

0