Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.
HİT.az xəbər verir ki, bu barədə o, "X"də paylaşım edib.
"Biz Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi Direktorun müavini Delfin Pronka (Delphine Pronk) təşəkkür edirəm", deyə paylaşımda bildirilib.
Qeyd edək ki, görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.
We had a broad and in-depth discussion with the Political and Security Committee of the European Union represented at the level of Permanent Representatives/Ambassadors of EU Member States. I am thankful to Deputy Political Director Delphine Pronk for co-chairing our meeting. pic.twitter.com/ae0WJ35XEm
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 12, 2024