"Real” yayda Arda Güləri icarəyə göndərə bilər

İDMAN
09:47 / 16.04.2024
1257

"Real” yarımmüdafiəçisi Arda Güləri icarəyə verə bilər.

“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, klub futbolçunun fiziki inkişafına baxmayaraq, türkiyəli futbolçunun getməsi ideyasını dəstəkləyir. Artıq bu yay Ardanın icarəyə göndərilə biləcəyi vurğulanıb.

Xatırladaq ki, Gülər u200bu200b2023-cü ilin yayında “Real” Madridə keçib. O, klubda 7 oyun keçirib, 1 qol vurub.

0