Ölkəmizdə mənzil qiymətləri nə üçün bahalaşıb? - İqtisadçı açıqladı

DÜNYA
13:01 / 16.04.2024
564

Azərbaycanda mənzil qiymətləri yenidən bahalaşıb. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin birinci rübündə mənzil bazarındakı qiymətlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb. 

Bəs mənzillərin bahalaşmasının əsas səbəbləri nələrdir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, mənzil qiymətlərinin bahalaşmasının bir neçə səbəbi var:

347949

"Tikinti materialları və tikinti xərclərinin bahalaşması əsas səbəblərdən biridir. Həmçinin, tikintinin maya dəyərində mühüm rol oynayan torpaq qiymətləri də yüksəlməyə davam edir. Üstəlik, torpaqların satış həcmi azaldıqca, qiymətləri daha da yüksəlir.

Ümumiyyətlə, 2021-2022-ci ildən etibarən tikinti materialları bazarında qiymətlər artmağa başladı. Dünyada baş verən proseslər və inflyasiya da buna təsir etdi. Eyni zamanda, daşımaya da ciddi nəzarət qoyuldu. Bütün bunlar isə tikinti materiallarının qiymətinin artmasına gətirib çıxardı". 

Ekspert qeyd edib ki, kommersiya və ipoteka kreditləri də burada bir qədər əlverişli oldu:

"Xüsusən də bankların verdiyi daxili kommersiya kreditlər müəyyən müddət tələbi qarşıladı. Bu da öz növbəsində mənzil bazarındakı qiymətlərə təsir etdi. Eyni zamanda, Dövlət İpoteka Fondundan verilmiş kreditlərin həcminin artması da qiymətlərə təsir göstərdi. 

Bundan başqa, kreditlərin genişlənməsi də qiymətlərdə artıma səbəb oldu. Üstəlik, əhalinin əlində əmlaka yatırılan vəsaitlərin həcmi də artdı. Yəni Rusiya və dünyada baş verən proseslərdən sonra azərbaycanlılar burada daşınmaz əmlak almağa başladılar".

Pərviz

0