Miqrendən botoks vasitəsilə necə qurtulmaq olar?

MARAQLI
21:18 / 16.04.2024
505

Yəqin miqren ağırıları barədə eşitmisiniz. Şiddətli baş ağrısı şəklində özünü göstərən bu xəstəliyin son illər botoks iymnələri vasitəsi ilə çarəsi tapılıb.

Bəs botoksla miqren müalicəsai nə dərəcədə effektivdir, hər kəsə tətbiq oluna bilərmi? 

Hit.az-ln suallarına həkim Sevinc Qurbanova cavab verib.

Həkim bildirib ki, miqren botoksu geniş istifadə olunsa da, hər xəstə üçün uyğun olmaya bilər:

“Biz hər pasiyentə miqren botoksu tətbiq edə bilmərik.  Əgər xəstənin baş ağrıları 10 gündən  gündən çox davam edərsə və tutmalar ayda  bir neçə dəfə özünü göstərərsə, iynə vurdurmaq olar.  Miqren botoksu tətbiqi hamilə  və süd verən qadınlar  üçün uyğun deyil.  18 yaşdan aşağı və xroniki əzələ xəstəliyi olan pasiyentlərə də bu müalicəni tətbiq etmək olmaz".

O bildirib ki, miqren botoksu alın nahiyəsinə, boyundakı bəzi əzələlərə və başın arxasına vurulur:

“İynələr baş və boyunda 7 nahiyəyə tətbiq edilir. Müalicə 12 həftəlik fasilə ilə ən az 2 dəfə təkrarlanmalıdır. Miqren botoksu iynələrinin vurulması  təxminən 1 saat çəkir , 15 gün sonra təsirini göstərir, təsiri 4-6 ay davam edir”.

Həkimin dediyinə görə, miqren botoksunun ciddi yan təsirləri yoxdur.

Murad

0