Zərif cinsin nümayəndələri necə cinayətkar olur?

MARAQLI
18:30 / 16.04.2024
350

Zamanla qadınların cinayət törətməsinin şahidi oluruq. 

Səbəb nə olursa olsun, zərif cinsin nümayəndələri cinayət törədir. 

Sosioloq Fatimə Hacıbəyli Hit.aza açıqlamasında qeyd edib ki, qadınların bıçağa əl atmalarının müxtəlif səbəbləri var:

“Ümumiyyətlə, cinayət törətmək qadınlara xas deyil. Bütün dünyada belədir. Kişilər daha çox cinayət törədir. Qadınların əksəriyyətinin bıçaqlanma, adam öldürmə və digər cinayətlər törətməsi özünümüdafiə xarakteri daşıyır. Burada mən ruhi xəstələri nəzərə almıram. Qadın ən çox əri tərəfindən zorakılığa məruz qalır və sonu cinayətlə nəticələnir. Qadınlar nadir hallarda öldürür. Qeyd etmək lazımdır ki, ən zəif kişi qadından fiziki cəhətdən güclü olur. Bu zaman da qadın bıçağa əl atmağa məcbur olur. Qadının adam öldürməsinə qəsdən törədilən cinayət demək olmaz. Bu, həmin qadının daha çox özünümüdafiə xarakteri daşıyır. Ən çox ailə problemləri olan qadınlar cinayət törətməyə məcbur olurlar”.

Sevinc

0