Uşaq intiharları...

ÖLKƏ
23:00 / 16.04.2024
382

Cəmiyyəti narahat edən məsələlərdən biri də uşaq intiharlarıdır.

Aparılan araşdırmalara görə, uşaq intiharları bütün dünyada geniş yayılıb.

Psixoloq Aynur Əliyeva Hit.az-a açıqlamasında bildirib ki, uşaq və yeniyetmələr arasında intihar göstəricilərinin artması cəmiyyəti narahat edən əsas məsələlərdən biridir:

“Çünki əvvəllər intihar edənlər xəstəlikdən əziyyət çəkən, zərərli vərdişlərdən asılı olan insanlar idi. Bu gün isə səhhətində heç bir problem olmayan və bəzən də normal dolanışığı olan ailələrin övladları həyatlarına qəsd edirlər. Burada təsir göstərən mexanizmlər arasında ailədaxili münaqişələr üstünlük təşkil edir. Daha sonra narahatlıq, yeniyetmənin özünə qapanması, cəmiyyətdə özünü tapmaması, ailədəki problemin ətraf tərəfindən bilinməsi və digər səbəbləri qeyd etmək olar. Boşanma ərəfəsində olan və ya boşanmış cütlüklərin uşaqlarında intihar risqi yüksəkdir. Uşaqlar valideynlərinin ayrılmaması üçün intihara əl atırlar. Hesab edirəm ki, bu işdə əsas yük doğmalarla yanaşı, məktəb psixoloqunun və müəllimlərin üzərinə düşür. Müəllimlər münaqişəli ailələrin uşaqları ilə daha çox ünsiyyətdə olmalıdırlar”.

Sevinc

0