Qeyri-etik paşlaşımlar edən "Semka" ləqəbli tiktoker həbs edildi

ÖLKƏ
16:29 / 16.04.2024
306

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən HİT.az-a verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.

0