İsveçin Malmö şəhərində keçiriləcək "Eurovison-2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb.
HİT.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Ayseli görəcəklər.
Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. Azərbaycanı "Eurovison-2024" mahnı müsabiqəsində "Özünlə apar" mahnısı ilə təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.
Aysel Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Eurovison Mahnı Müsabiqəsində Araşla birlikdə təmsil etmiş və 207 xalla 3-cü yeri tutmuşdur.