Zelenskidən geri addım: Rusiya ilə danışıqlar başlayır

DÜNYA
15:21 / 17.04.2024
450

Ukrayna Prezidenti Volodomir Zelenski sürpriz açıqlama verib. 

O, Rusiya ilə danışıqlara hazır olduğunu açıqlayıb. Ukrayna lideri buna rəğmən, Rusiyanın danışıqlara hazır olmadığını düşünür:

"Rəsmi Kiyev həqiqətən, sülh istəyənlərlə danışıqlara hazırdır. Amma Rusiya sülh istəmir. Qarşı tərəfin məqsədi bizi məhv etməkdir. Moskva müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil".

Maraqlıdır ki, Zelenski indiyə kimi Rusiya hakimiyyəti ilə hər hansısa danışıqlar aparılmayacağını açıqlayırdı. Lakin döyüş meydanında heç bir dəyişiklik olmamasına baxmayaraq, Ukrayna lideri ritorikasına dəyişiklik edib. Onun gözlənilməz şəkildə Rusiya ilə danışıqlara hazır olmasının arxasında isə başqa məqamların dayandığı güman edilir. 

Bəs Zelenski nə üçün geriyə addım atdı? 

348050

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib ki, artıq Rusiya ilə Ukrayna arasında danışıqlardan söhbət gedir:

"Müharibə başladıqdan sonra Türkiyə tərəflər arasında danışıqların aparılması ilə bağlı bir sıra addımlar atdı. Bununla bağlı yüksək səviyyədə 3 dəfə görüş keçirildi. Hətta xarici işlər nazirləri səviyyəsində də Türkiyədə görüşün keçirilməsinə nail oldular. 

Amma sonradan digər qüvvələr öz hədəflərinə nail olmadığı üçün danışıqlar prosesinə mane oldular. Sonradan baş verənlər isə hamıya məlumdur. Hər iki tərəf çox ciddi itkilərə məruz qaldı. Demək olar ki, Ukrayna dövlət kimi yenidən bərpa olunmalıdır". 

Ekspert hesab edir ki, Rusiya ilə danışıqlara başlamaq qərarı Zelenskiyə aid deyil:

"Ümumiyyətlə, qərarları Volodimir Zelenski özü vermir. Görünür, ona danışıqlar prosesinə hazır olması ilə bağlı göstəriş verilib. Rusiya-Ukrayna müharibəsinin fitilini alışdıran qüvvələr artıq danışıqlar mərhələsinə gəliblər. Onlar, Yaxın Şərqdə başqa münaqişələr alovlandırmağa çalışırlar". 

Pərviz

0