Dünyanın bir çox ölkəsində yetişən armud vitamin və minerallarla zəngindir.
Hit.az bildirir ki, armud həm də insan orqanizmi üçün saysız-hesabsız faydaları olan meyvədir.
Armud B1, B2, C, B9, K və A vitamini ilə zəngindir. Həmçinin, onun tərkibində yüksək miqdarda kalium, kalsium və dəmir kimi müxtəlif minerallar mövcuddur. Üstəlik, armudun tərkibindəki kalori miqdarının da aşağı olması onun daha çox istehlak edilməsinə səbəb olur.
Lakin armudu səhərlər yeməyin faydaları digər saatlara görə daha çoxdur. Belə ki, səhər acqarına armud yemək bağırsaqların daha sağlam işləməsinə kömək edir və arıqlamağı daha da asanlaşdırır. Bundan başqa, armud liflə zəngin olduğundan həzm sisteminin daha düzgün işləməsinə kömək edir, həzmsizlik və qəbizlik kimi problemləri də aradan qaldırır.
Onu da qeyd edək ki, sözügedən meyvənin tərkibindəki dəmirlə anemiyanın müalicəsini də dəstəkləyir. Səhərlər müntəzəm olaraq armud istehlakı bədəndə dəmirin miqdarını və qan istehsalını artırmaq cəhətdən də olduqca faydalıdır.
Eyni zamanda, sidikqovucu xüsusiyyəti ilə seçilən armud böyrək daşlarından əziyyət çəkən insanlar üçün təbii köməkçi ola bilir. Xüsusilə böyrək daşı keçirənlərə tövsiyə edilən armud tez-tez sidiyə getməyə kömək edir və ağrıları azaldır.
Pərviz