Telekanalların "dvijeniyası"

ÖLKƏ
19:44 / 26.04.2024
481

Bir neçə gündür efirdə İlhamə adlı bir dəli şairənin  çıxardıqları şou ilişir gözümə.

Adını şairə qoymuş bu xanımın şairə olmadığı, üstəlik bir qədər də ruhsal problem yaşadığı aşkar görünür.

Telekanalın reytinqli dediyi bir proqrama mütəmadi olaraq dəvət edib, baxış sayını artımağa çalışırlar.

 O isə proqramda “Alə bu nə dvijeniyadu”- deyib sarsaq bir mahnı oxuyur, oynayır.

Görəsən bu kimi bəsit nömrələrlə ekranı dolduran kanal rəhbərliyi gördüyü işdən utaanır ya yox?

O qadın bu formada paylaşımları öz sosial şəbəkə hesabında eləsə dərd yarıydı, insanların inamla baxdığı efirdə edir.

Heç kim də gözün üstə qaşın var demir.

Bir başqa kanalda da bir xanım müğənni çıxıb mahnı oxuyur:

 “Gecə yatanda bismillah de, sabah duranda əlhəmdürillah de”. 

İndi  bunu yəqin qoşanda düşünblər ki, abırlı mahnıdır heç kim heç nə deməz?

Qızıl orta deyilən bir anlayış var. Bildiyimiz keçmişdəki kimi sadə, abırlı mahnı təqdim eləmək olmur?
Gərək elə ya oğru aləmi olsun, ya  toyxana, ya da yasxana... Yəni ortaya çıxarmalı heç nə yoxdu doğrudan?

Böyüyən nəsillərə yazığım gəlir. Mədəniyyət deyib gördükləri şey biabırçılqıdan başqa bir şey deyil. Böyüyüb mədəni gənclər olanda sərgilədikləri mədəniyyət nə olacaq?

İlhamənin dvijeniyası?

Murad

0