Bu ilin ilk iki ayı ərzində Azərbaycana xarici ölkələrdən 61 milyon 158,5 min dollar dəyərində 222 min 384 ədəd smartfon gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk iki ayında idxal etdiyimiz smartfonun miqdarı 45% və ya 68 min 706 ədəd artıb.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-fevral aylarında idxal olunan smartfonların dəyəri ötən ilin eyni dövründə idxal olunanlarla müqayisdədə 2,4% ucuzlaşıb. Smartfonların 1 ədədinin orta gömrük dəyəri ötən ilin yanvar-fevral aylarnda 281 dollar (478 manat) olduğu halda, bu ilin ilk iki ayında 275 dollara (467 manat) düşüb.
Azərbaycana smartfonlar ən çox Çindən gətirib. Bu ölkədən Azərbaycana 2 ay ərzində 168 min 905 ədəd smartfon idxal olunub. Ən az smartfon isə Koreyadan gətirilib. Yanvar-fevral ayları ərzində Koreyadan cəmi 1 smartfon idxal edilib.
Bu ilin yanvar-fevral aylarında idxal edilən smartfonların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 168 905 ədəd (261 dollar)
Vyetnam – 36 295 ədəd (342 dollar)
Hindistan – 16 058 ədəd (215 dollar)
ABŞ – 952 ədəd (1 170 dollar)
İndoneziya – 75 ədəd (303 dollar)
Birləşmiş Ərəb Əmirlikləri – 38 ədəd (1 158 dollar)
Fransa – 26 ədəd (466 dollar)
Tailand – 20 ədəd (685 dollar)
Malayziya – 14 ədəd (1 508 dollar)
Koreya – 1 ədəd (1 420 dollar)