"Kreml Rusiya-Ukrayna müharibəsinin davam etməsindən narahatdır" - ŞƏRH 

DÜNYA
12:36 / 29.04.2024
466

"Rusiya-Ukrayna müharibəsi davam etdikcə Kremlin narahatlığı daha da artır". 

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə deyib. 

O, bu narahatlığa səbəb olan amillər barədə danışıb:

"ABŞ 10 gün əvvəl Ukraynaya hərbi yardım paketini açıqladı. Belə ki, 61 milyard dollar dəyərindəki bu yardım sayəsində Ukrayna qısa kimi müdafiə oluna bilər. Düzdür, Ukraynanın şərq cəbhəsində uğursuzluqlarını görürük. Ancaq Ukrayna hal-hazırda Rusiyanın qarşısını mümkün qədər almalıdır".

Politoloq qeyd edib ki, ABŞ Ukrayna üçün 6 milyard dollarlıq hərbi yardım paketi də hazırlayır:

"İsveç müdafiə naziri isə ölkəsinin Ukrayna səmasının müdafiəsini gücləndirmək üçün Almaniyanın təşəbbüsünə qoşulmağa hazır olduğunu bəyan edib. Yəni İsveç hazırda hava hücumundan müdafiə sistemlərinin alınmasının maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir və RBS 70 sistemlərini Ukraynaya köçürə bilər".

348976

Həmsöhbətimiz hazırkı məqamda Rusiyanın əsas məqsədlərindən də söz açıb:

"Hesab edirəm ki, müharibədə yeni mərhələ olmamasına baxmayaraq, Rusiyanın əsas məqsədi mümkün qədər Ukraynanın içərilərinə doğru irəliləməkdir. Kreml üçün Qara dəniz sahillərində möhkəmlənmək ən öncül məsələdir. Ancaq mübarizə davam edir. Qərb hələki öz əlini Ukraynanın üzərindən götürmür". 

Rüstəm Tağızadə onu da diqqətə çatdırıb ki, Qərb ölkələri arasında Ukraynaya ən çox yardım edən məhz ABŞ və Böyük Britaniyadır:

"Lakin Anqlo-Saks ittifaqı ilə Rusiyanın Avropa ölkərinə hücum etməsindən narahatdır. Bunu Ukrayna Prezidenti Volodomir Zelenski özü də tez-tez müsahibələrində deyir. Buna baxmayaraq, müharibə davam edərkən Rusiyayın neft bazalarına da hücumlar olur. Əslində, Rusiyanın itkiləri də çoxdur".

Pərviz

0