Natiq Cəfərli: "Neft Fondu yaranandan bəri ancaq riski az olan, yüksək reytinqli qiymətli kağızlara üstünlük verir"

İQTİSADİYYAT
19:57 / 30.04.2024
357

“Azərbaycan Dövlət Neft Fondunun nüfuzlu şirkətlərin səhmlərini öz investisiya portfelinə qatması ilk deyil. Mararqlı məqam ondan ibarətdir ki, Neft Fondu “Tesla” şirkətinin səhmlərini alandan 2 gün sonra Tesla səhmləri 25 faizə yaxın bahalaşıb. Bu da doğru investiya hesablanmasından xəbər verir. Bunu da Neft Fondunun uğuru saymaq olar”. 

Bu sözləri Hit.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, “Tesla” və “İntel” şirkətləri çox dalğavari qiymətləndirməyə malikdir. Mediada yayılan hər bir məlumat onların səhmlərinin qiymətinin azalmasına və ya artmasına təsir edir.

İqtisadçı onu da deyib ki, Neft Fondu yaranandan bəri ancaq riski az olan, yüksək reytinqli qiymətli kağızlara üstünlük verir.  Buna görə də “Tesla” və “İntel” şirkətlərini uğurlu saymaq olar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) məşhur “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb. ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur. 

Sevinc

0