Həddindən artıq telefonla oynamağın fəsadları nələrdir? - ARAŞDIRMA

MARAQLI
17:13 / 01.05.2024
706

Müasir dövrün ən böyük problemlərindən biri də telefon asılılığıdır. 

Əfsuslar olsun ki, bu gün insanların çox böyük əksəriyyəti həddindən artıq telefonla oynayırlar. İnsanlar davamlı şəkildə telefona baxırlar. Üstəlik, bu, asılılıq səviyyəsinə çatıb. Xüsusilə, smartfonların bu qədər yayılması telefon asılılığını pik səviyyəyə qaldırıb. İş o yerə çatıb ki, telefon asılılığının yaşı da gün keçdikcə azalır. Artıq uşaqlar 4-5 yaşlarından etibarən gün ərzində saatlarla telefonla oynayırlar. Bu isə onların inkişafına ciddi təsir göstərir. 

Ümumiyyətlə, həddindən artıq telefonla oynamağın bir çox zərəri var. Bu gün mütəmadi şəkildə telefonla oynamağın ən böyük 8 zərərinə nəzər salacağıq. 

Hit.az smartfonların əsas zərərlərini təqdim edir:

1. Asılılıq yaradır
Həddindən artıq telefonla oynamaq insanda asılılıq yaradır. Belə ki, adamda davamlı şəkildə telefona baxmaq istəyi formalaşır. Hətta aparılan bir araşdırmada məlum olub ki, insanların 66 faizi telefonlarını itirməkdən qorxurlar. 

2. Eşitmə problemləri
Telefonda çox aşağı və ya həddindən artıq yüksək səslə mahnı dinləmək qulaqlarınıza ziyandır. Xüsusilə, yüksək səs dalğaları qulaqların hüceyrələrinə ziyan verə bilir. Bu isə eşitmə problemlərinə gətirib çıxarır.

3. Əl və bilək ağrısı 
Həddindən artıq telefonla oynamaq əl və biləklərdə ağrılar yaradır. Həmçinin, bu, barmaq ağrılarına da səbəb olur. 

4. Boyun ağrısı
Davamlı şəkildə telefonun ekranına baxmaq və mesaj yazmaq boyun ağrıları yaradır. Bu, həm də baş ağrıları da yarada bilir. 

5. Telefondan uzaq qalma sindromu
Aparılan bir araşdırmanın nəticəsi də xeyli diqqət çəkib. Məlum olub ki, insan smartfonundan 24 saat uzaq qalanda narahat və yalnız hiss edir.

6. Radiasiya
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, telefon radiasiya yayır və hətta xərçəngə yol açır. 

7. Vibrasiya paranoyası
Həddindən artıq telefonla oynayan insanlarda bir çox problemə rast gəlinir. Onlardan biri də davamlı olaraq telefonun vibrasiya verdiyini zənn etməkdir. Bu, hətta paranoya səviyyəsində olur.

8. Yuxu keyfiyyətini azaldır
Davamlı olaraq telefonla oynayan insanların yuxu rejimi də pozulur. Təəssüflər olsun ki, insanların böyük əksəriyyəti yatmadan öncə telefona baxırlar. Lakin yatmadan öncə telefona baxmaq yuxunu qaçırır. Üstəlik, telefondan yayılan radiasiya da yuxunu qaçıra bilir.

Pərviz

0