Bayden İsrail-HƏMAS müqaviləsindən öz xeyrinə istifadə etməyi planlaşdırır

DÜNYA
19:14 / 01.05.2024
306

ABŞ prezidenti Co Bayden İsraillə Fələstin HƏMAS hərəkatı arasında əldə olunan razılaşmadan öz siyasi xeyrinə istifadə etmək niyyətindədir. 

HİT.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Portalın məlumatına görə, Amerika prezidentinin ən yaxın köməkçiləri İsrail hökuməti ilə HƏMAS arasında razılaşmanı münaqişəyə son qoymaq üçün yeganə variant hesab edirlər, ona görə də Bayden prezident seçkiləri öncəsi tənqid dalğasına məruz qalmışdı.

Həmçinin Amerika prezidentinin ətrafındakılar Fələstin-İsrail münaqişəsinin sona çatmasının ABŞ universitetlərində etirazların dərəcəsini azaltmağa kömək edəcəyinə inanırlar.

Bundan əlavə, müvəqqəti atəşkəs İsrail və Səudiyyə Ərəbistanı arasında danışıqların bərpasına və iki dövlət arasında münasibətlərin normallaşmasına imkan verəcək.

Bundan əvvəl “The Wall Street Journal” İsrail və Misir rəsmilərinə istinadən yazıb ki, İsrail Fələstinin HƏMAS qrupu ilə atəşkəs və girovların dəyişdirilməsi ilə bağlı danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərməyə hazırdır.

Samir

0