İşə gecikəndə və ya gəlməyəndə maaşdan cərimə tutulmalıdır?

SOSİAL
20:11 / 03.05.2024
904

İzləyicimiz sual verir. “İşə gecikməyə görə maaşdan cərimə tutulmalıdır?”.

Hit.az bu sualla hüquqşünas Elvin Babayevə üz tutub .

O bildirib ki, Əmək Məcəlləsində işə gecikmə və ya işdən icazə alma məntiqi nəzərdə tutulmayıb:

“Qanunda işə bir gün gəlməmək “ anlayışı nəzərdə tutulub. Əgər müdir işçidən gəlmədiyinə görə cərimə alırsa,  bunu qanunla nizam-intizam pozuntusu kimi əsaslandırıb alır. Bu isə Sovet dönəmində olub. Azərbaycanın indiki Əmək Məcəlləsində nizam –intizam pozuntusuna görə cərimə tətbiqi nəzərdə tutulmayıb. İşçilərlə kollektiv müqavilələrin bağlandığı iş yerlərində bu əmək haqqının 4,1 faizi qədər cərimə idi. Ölkəmizdə isə hamı fərdi əmək müqaviləsi ilə işə götürülür, kollektiv müqavilə bağlanmır. Buna görə, cərimə söhbəti əsassızdır”,- deyə o bildirib.

Murad

0