İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər tətbiq ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə İTV-də süjet yayımlanıb.
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov bildirib ki, işğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalını həyata keçirən sahibkarlıq subyektləri dövriyyə vəsaitləri üçün müvəkkil banklardan iki ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər.
Daha ətraflı süjetdə: