Akif İslamzadədən qalmaqallı açıqlama: Aparıcıların çoxu... - VİDEO

MAQAZİN
15:10 / 05.05.2024
651

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub.

 
İfaçı açıqlamasında "Mədəniyyət" telekanalını tənqid edib:
 
"Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünün 30 illiyi ilə bağlı. Dedilər, sizə 3-5 dəqiqə vaxt veririk. Cavab verdim ki, onun haqqında 3-5 dəqiqə danışa bilmərəm. Özü də mədəniyyət kanalı. O qədər orada saatlarla lazım olmayan söhbətlər olur. 45 dəqiqəlik buraxılışdır, 5 adam da dəvət ediblər. Dedim, artırın gələk".
 
Akif İslamzadə proqramlara aparıcıların qadın olması səbəbindən qatılmadığını deyib:
 
"Bəzi verilişlərə özüm getmirəm. Fikirləşirəm ki, o cavanlar üçün daha uyğundur. Aparıcılar da bir tərəfdən. Verilişlərin əksəriyyərini qadınlar aparır. Hətta 44 günlük müharibə dövründə döyüş meydanından qadınlar informasiya yayırdı. Müharibənin öz qayda-qanunları var. Hətta bunu etmək hər kişiyə olmaz. Xarici görünüşünə, səsinin tembrinə, saqqalına görə seçilməlidir. Döyüş meydanından xəbəri kişilər yayar. 
 
Bizim televiziya kanallarına baxmıram. Yeni ildə verilişləri izləyirəm. Baxıram ki, bəlkə orada yeni bir səs eşitdim. Sənətdə yeni səhifə açanı qəbul edirəm. Axirəzzamandır. Əlamətlərindən biri də odur ki, qadınlar iş başında olacaq, kişilər zəifləyəcək.
 
Məsələn, illər sonra nəvə deyəcək ki, nənənin klipinə baxmaq istəyirəm. Klipdə qadın baldırını göstərir, kişi də köynəyinin düyməsini göbəyinə kimi açıb. Onların sənətləri nədirsə, geyimləri də odur. Soruşurlar ki, niyə əvvəlki əsərlər, musiqilər yoxdur? Deyirəm, dünyaya baxın, o nədirsə, onun musiqisi, poeziyası da odur". (Axşam.az)
 

0