Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı

İQTİSADİYYAT
21:42 / 06.05.2024
365

İqtisadiyyat Nazirliyini yanında Dövlət Vergi Xidməti mayın 6-da 9 şirkətin ləğv edildiyini açıqlayıb. 

İqtisadiyyat.az-ın araşdırmasına görə, bunlardan 4-ü 2015-ci ilin oktyabr ayında qeydiyyata alınıb və birbaşa və ya dolayısı ilə “Synergy Group” ASC şirkətlər qrupuna aiddir.

Söhbət “CAPITAL VISION”, “INVEST FUTURE”, “INVEST ALLIANCE” və “INVEST SOLUTİONS” şirkətlərindən gedir. Belə ki, sözügedən şirkətlər “Synergy Group”la eyni ünvanda – Bakı, Zərifə Əliyeva küçəsi 55-də ("Yeni Həyat" biznes mərkəzi) qeydiyyata alınıb. Şirkətlərin nizamnamə kapitalı 10 min manatdır. Maraqlıdır ki, kommersiya hüquqi şəxslərin reyestrinə bu şirkətlər haqqında hər hansı bir məlumat yoxdur.   

Qeyd edək ki, “Synergy Group”un hazırki qanuni təmsilçisi, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışmış mərhum Fazil Məmmədovun bacısı oğlu və 2012-2018-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovdur. Şirkətlər qrupunun nizamnamə kapitalı 50 milyon manatdır.

0